Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Hərə bir mız qoyur, səhv tutur"

"Hərə bir mız qoyur, səhv tutur"

"Hərə bir mız qoyur, səhv tutur"
2022-11-26 , 13:07

Aparıcı Turan İbrahimov paylaşımı ilə diqqət çəkib.

Yenilik.az xəbər verir ki, o, feysbukda “Atabəylər: Şəmsəddin Eldəniz” serialını tənqid edənlərdən status paylaşıb.
“Bismillah edib, bir dənə tarixi, ideoloji, propaqanda serialı çəkməyə girişmişik, dizerini görən hər kəs tarixçi kəsilib düşüb ortalığa. Hərə bir mız qoyur, səhv tutur. Ay insanlar! Əvvəla gözləyək bir serialın özünü çıxarsınlar ortaya, baxıb görək nədi. Sonra fikir bildirmək azaddır, normaldır. Ağzımızda tarixi serial deyirik. Yəni televiziya kontenti. Burada ilkin məqsəd pafos qarışıq drammatizmlə kütləvi tamaşaçı toplamaq, reklam cəlb etmək, uğurlu alınsa xarici televiziyalara satmaqdı.
Bütün bu üst motivlərlə yanaşı həm də propaqanda məqsədi də var. Rəy, fikir, mövqe formalaşdırmaq, müasir, populist hədəflər müəyyənləşdirərək milli idologiya təlqin edib, yeni miflər yaratmaq da pis fikir deyil. Dediyim odur ki, siz serialda tarixi realizmdən daha çox, yaratdığı təsirə baxmalısınız. Onsuz da tarix dəqiq elm deyil. Kim harasından tutub hara çəkmək istəsə məhz elə odu. Hə, bütöv Azərbaycan vurğusunun edilməsi mənə də bir az çox gəldi. Amma hər halda Babək də doğrananda Azərbaycan deməmişdi. Lazım gəldi, dedizdirdilər, dedi... Əsas vurğu Turandı, bax mən ona baxıram!”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.