Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür etdi - FOTO

Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür etdi - FOTO

Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür etdi - FOTO
2022-11-26 , 15:17

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkəsinə olunan humanitar yardıma görə Azərbaycan xalqına təşəkkür edib.

Yenilik.az xəbər verir ki, səfir bu barədə öz “Facebook” hesabında paylaşım edib.
“Və bu gün də boşuna getmədi. “Saf ürəklər” Xeyriyyə Fondunun komandası Xarkov vilayətinə, işğaldan azad edilmiş ərazilərdə olan müdafiəçilərimiz və mülki vətəndaşlarımız üçün generatorlar və 40 tondan çox ərzaq, geyim, isti paltarlar və gigiyena vasitələri göndərdi”, - deyə Kanevski qeyd edib.
O, humanitar yardımın ərsəyə gəlməsində əməyi olan Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinə və dostcanlı Azərbaycan xalqına, həmçinin digər ölkələrə minnətdarlığını ifadə edib.
“Hər kəsə yardımınız və dəstəyiniz üçün təşəkkür edirik!
Bu işdə daimi dəstəyə və köməyə görə Ukrayna Xarici İşlər Nazirliyinə xüsusi təşəkkürümü bildirirəm.
Hər şey yaxşı olacaq! Yaşasın Ukrayna!” - deyə səfir vurğulayıb.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.