Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Təhsil və Elm Nazirliyi rəsmisindən açıqlama: “Elmdən nəticə gözləməyin...”

Təhsil və Elm Nazirliyi rəsmisindən açıqlama: “Elmdən nəticə gözləməyin...”

Təhsil və Elm Nazirliyi rəsmisindən açıqlama: “Elmdən nəticə gözləməyin...”
2022-11-26 , 15:30

“Elmdə olan problemlər hamımızın problemidir, uzun müddət bir ağaca (elmə) su verməyəndə ondan meyvə gözləmək mümkün deyil”.

Yenilik.az xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktoru Rüfət Əzizov özünün sosial şəbəkə hesabında yazıb.
 
“Təhsildə mərhələli şəkildə müxtəlif alətlərdən (sertifikasiya və s) istifadə edərək müəllimlərin maaşlarını artırmağa çalışırıq və bu proses davam edəcək. Məsələn, bugün elmi tədqiqat institutu direktorunun maaşı ibtidai sinif müəlliminin maaşından da azdırsa, elmdən nəticə gözləyə bilmərik”,  deyə Rüfət Əzizov qeyd edib.
 
Təhsildə buna tədricən nail olunduğunu vurğulayan Təhsil İnstitutunun direktoru fikirlərini belə davam etdirib:
 
“İnstitutların və tədqiqatçıların da inkişafını təşviq etməli, onları dəstəkləməliyik”.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.