Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva
2022-11-26 , 15:42

“14 yaşlı qızı ərə verirlər, amma o, hələ öz hüquqlarını qoruya bilmir. Azərbaycanda qadın zorakılığı artıq ifrat həddə çatıb. Sosial şəbəkələrdə, saytlarda hər gün qadınların müxtəlif formada zorakılığa məruz qalmasının şahidi oluruq. Düşünürəm ki, bu problemin kökü təhsilsizlikdən qaynaqlanır. Zorakılığa məruz qalan qadın hara müraciət edəcəyini, öz hüquqlarını necə müdafiə etməli olduğunu bilmir".  

Lent.az xəbər verir ki, bu sözləri “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva deyib.
R. Əliyeva bildirib ki, Azərbaycan qadınının narkotik istifadə etməsi ürəkağrıdan mənzərədir: "Qadınların çoxunun psixoloji travmaları var, hər xanım güclü ola bilmir. Qadın o qədər zərifdir ki... Bir əxlaq düsturu var, deyir, əlinə, dilinə, nəfsinə hakim ol. Elə insanlar var ki, nəfsinə hakim ola bilmir, eləsi də var, zəifdir. İndiki dövrdə çox ürəkağırdıcıdır ki, Azərbaycan qadını narkotikdən istifadə edir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.