Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Spiker naziri tənqid edən deputata irad bildirdi

Spiker naziri tənqid edən deputata irad bildirdi

Spiker naziri tənqid edən deputata irad bildirdi
2022-11-29 , 14:16

Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda elm və təhsil naziri Emin Əmrullayevi tənqid edən deputata cavab verib. 

Yenilik.az xəbər verir ki, parlament sədri tənqidin yersiz olduğunu söyləyib.
“Nəyə görə naziri sərt tənqid edirsiniz? Ötən gün plenar iclasda elm və təhsil naziri Emin Əmrullayev burada idi. Nazir mediaya açıq adamdır, hətta iclasda deputatlar da məsələlərlə bağlı ona yaxınlaşırdı. Nəyə görə siz ona yaxınlaşmadınız, hətta, deyirsiniz ki, məktub yazmayacam. Əgər məktub yazmasanız, necə cavab alacaqsınız? Hesab edirəm ki, burada naziri sərt tənqid etmək düzgün deyil”, - spiker iradlarını bildirib.
Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında elm və təhsil naziri Emin Əmrullayevi sərt tənqid edib. Onun çıxışı birmənalı qarşılanmayıb. 
Modern.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.