Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » QIZIMIN NİŞANINDA ƏLİ HƏSƏNOV YOX İDİ- YUNUS OĞUZ MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK

QIZIMIN NİŞANINDA ƏLİ HƏSƏNOV YOX İDİ- YUNUS OĞUZ MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK

QIZIMIN NİŞANINDA ƏLİ HƏSƏNOV YOX İDİ- YUNUS OĞUZ MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK
2020-03-29 , 16:14

“Bəzi saytlarında mənim karantin rejimini pozduğım və şəhər restoranlarından birində qızıma 100 nəfərlik nişan mərasimi keçirdiyim, orada prezidentin keçmiş köməkçisi Əli Həsənovun və ailəsinin iştirak etdiyi barədə informasiya yayılıb. Bu xəbər ağ yalan və böhtandır”.


BakuPost xəbər verir ki, bunu Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz deyib. Onun sözlərinə görə, həmin məclisdə bütün qaydalara əməl olunub: “Martın 22 -də keçirilən kiçik tədbir zamanı əvvəlki karantin rejiminin bütün tələblərinə əməl edilib və məclis 14-50- də başa çatıb.

O ki qaldı Əli Həsənovun ailəsi ilə birlikdə həmin tədbirdə iştikarına bu, ikiqat ağ yalandır və ikiqat böhtandır”.
Yunus Oğuz bildirib ki, bu halda həmin saytları məhkəməyə vermək daha düzgün olardı: “Amma məlum situasiya nəzərə alındı və məhkəməyə müraciət olunmadı. Amma bu böhtanları gələcəkdə məhkəmə araşdıracaq.

Yunus Oğuz partiya sədri olmaqla yanaşı “Olaylar” qəzetinin baş redaktorudur. O bir neçə kitabın müəllifidir. “Meydan Hərəkatı” zamanından siyasətə qoşulan Yunus Oğuz Prezidentin sabiq köməkçisi, PA-nın ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovla qohumdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.