Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Daha 17 nəfər “Mediatorların ilkin hazırlıq kursu"nu başa vurdu - FOTO

Daha 17 nəfər “Mediatorların ilkin hazırlıq kursu"nu başa vurdu - FOTO

Daha 17 nəfər “Mediatorların ilkin hazırlıq kursu
2022-11-30 , 14:28

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən keçirilən "Mediatorların ilkin hazırlıq kursu"nu müvəffəqiyyətlə bitirmiş 17 mediatora sertifikatlar təqdim olunub.

Yenilik.az xəbər verir ki, sertifikatların təqdim etmə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.
Çıxış edən Nadir Adilov mediatorların fəaliyyət prinsiplərindən, intizam və mediatorun etik davranış qaydalarından söz açıb. O bildirib ki, mediatorlar ilə vəkillərin qarşılıqlı və sıx əlaqədə işləməsi və onların əməkdaşlığının nəticəsi özünü barışıq sazişlərinin keyfiyyətinin və həcminin artmasında biruzə verir.
Ədliyyə Akdemiyasının prorektoru Elçin Xələfov çıxış edərək mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda sertifikatlar təqdim edilib və xatirə şəkillər çəkilib.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.