Ərdoğan: "Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin əhəmiyyətini artıracaq”

“Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin iqtisadi və sosial vəziyyətini yaxşılaşdıracaq”. Yenilik.az TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılış mərasimində deyib. Ərdoğan həmçinin Zəngəzur dəhlizinin açılmasının Türkiyənin Ağrı vilayətinin əhəmiyyətini artıracağını söyləyib: “Əlbəttə, bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Çünki terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olur".