"Makron və makronoidlər seçkidə qazanmaq üçün çirkin əməllərə əl atırlar" — Deputat

“Qarşıda daha işıqlı, daha aydın sabahlarımız bizi gözləyir. Xoruzu milli simvol kimi qəbul edənlər isə bilməlidirlər ki, sabahın açılmasının xoruzun banlaması ilə heç bir əlaqəsi yoxdur!”. Yenilik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında komitə sədri Musa Quliyev bildirib. "Makron və makronoidlər seçkidə qazanmaq üçün çirkin əməllərə əl atırlar. Buna görə də ermənilərin ucuz gücündən istifadə edirlər. Makron siyasi əxlaqa sığmayan davranışları ilə gələn il Fransada keçiriləcək seçkilərdə belə qalib gəlməyə çalışır", - komitə sədri deyib.