Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Biz indidən Rusiyanın hər addımına cavab verməliyik"

"Biz indidən Rusiyanın hər addımına cavab verməliyik"

"Biz indidən Rusiyanın hər addımına cavab verməliyik"
2022-12-02 , 14:30

 Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə kəskin reaksiya verdi. 

Yenilik.az xəbər verir ki, Siyavuş Novruzovun sözlərinə görə, Sergey Lavrov dünən Azərbaycanla bağlı çıxış edərkən erməni yanğısını göstərib:
“Bu adam gah deyir ki, onlar vaxtında ermənilərə təklif verdilər, dəyərləndirilmədi, gah mərhələli, gah da Madrid prinsiplərindən danışır. Ermənistan rəhbərliyi son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışır. Xarici işlər naziri belə çıxış edər? Soçi görüşündə də bu mövzunu salmaq istəyirdiniz. Amma Azərbaycanın qətiyyətli çıxışı nəticəsındə bu mövzu ləğv olundu. Suyunuz süzülə-süzülə qayıtdınız”. Lavrov dekabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan rəhbərliyi son vaxtlar statusdan çox, Qarabağdakı ermənilərin hüquqları barədə danışır. Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib. Azərbaycan tərəfi buna hazırdır. Azərbaycan bunu müzakirə etməyə, Qarabağdakı ermənilərə Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqlarla bağlı zəmanət təqdim etməyə hazırdır. Lavrov bununla belə, keçmiş Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir neçə variantı da xatırladıb. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına gəlincə, Lavrov deyib ki, Rusiya Baş Qərargahında sərhədlərə dair xəritələr var. Rusiya bu xəritələri verməlidir. Xəritəniz var, verin də, niyə saxlayırsınız? Bu xəritələrin oğurluq hadisəsi kimi gizlədilməsi nə deməkdir?
Bu gün Rusiyanın Müdafiə, Xarici işlər nazirlikləri, mediası tərəfindən Azərbaycana qarşı qərəzli çıxışlar edilir. Biz indidən Rusiyanın hər addımına cavab verməliyik, sonradan deməyək ki, bu ölkə niyə belə elədi. Hər addımına qarşı adekvat cavab verməliyik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.