İranda SEPAH generalı həbs edildi

İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandirlərindən general Məhəmməd Baqir Bəxtiyarini təhlükəsizlik qüvvələri yaşadığı evdə həbs edib.
Bildirilir ki, o daha əvvəl audiofayl yayaraq İslam Respublikası hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə ittiham edib.
Keçmiş komandir bildirib ki, məhkəmə-tibb ekspertizanın etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnozunu” qoymaqla reallığı ört-basdır edib: “Artıq xalqın əsas hədəfi rəhbərdir (ayətullah Seyid Əli Xamaeneini nəzərdə tutur-red.), şüarlar birbaşa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir. İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıran keçmiş SEPAH komandiri deyib ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi: “Artıq xalqın əsas hədəfi rəhbərdir, şüarlar bir başa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir”.