Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından getdi

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından getdi

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından getdi
2022-12-02 , 15:20

"Neftçi"nin Müşahidə Şurasın (MŞ) tərkibində dəyişikliklər olub.

Yenilik.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb.
Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.
Həmçinin, təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.
Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.
Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.