Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bir gecəyə Əlisa Nicat üçün 7 min manat toplandı!

Bir gecəyə Əlisa Nicat üçün 7 min manat toplandı!

Bir gecəyə Əlisa Nicat üçün 7 min manat toplandı!
2022-12-02 , 18:18

“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun şəraitsiz vəziyyətdə yaşayan yazıçı Əlisa Nicatla bağlı paylaşımından sonra sosial şəbəkə istifadəçiləri yardım kampaniyasına qoşulub. 

Yenilik.az xəbər verir ki, Əlisa Nicat üçün bir gecədə 7000 manata yaxın pul yığılıb.
Bu haqda Şahbaz Xuduoğlu özünün feysbuk səhifəsində məlumat verib.
“Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecəboyu onun kartına pul köçürüldü. Yardım edənlərin bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı. Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır. Oğlu Üzeyir yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı "vay dədə, bu nədi ədə", - dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.