Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » SON DƏQİQƏ! Milli Məclis toplandı,hamının gözlədiyi qərar qəbul edilə bilər

SON DƏQİQƏ! Milli Məclis toplandı,hamının gözlədiyi qərar qəbul edilə bilər

SON DƏQİQƏ! Milli Məclis toplandı,hamının gözlədiyi qərar qəbul edilə bilər
2020-03-30 , 11:12

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb


Oxu24.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Bunlar “Tibbi sığorta haqqında”, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Milli Məclis deputatının statusu haqqında”, “Milli Məclisin komitələri haqqında”, İnzibati Xətalar Məcəlləsi, Milli Məclisin Daxili Nizamnaməsi və s. qanunlara dəyişiklik layihələridir.

Bundan əlavə, iclasda “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi də müzakirə ediləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.