Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Karantin rejimini pozduğu üçün bu kafe bağlandı — FOTO

Karantin rejimini pozduğu üçün bu kafe bağlandı — FOTO

Karantin rejimini pozduğu üçün bu kafe bağlandı — FOTO
2020-03-30 , 11:30

Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən xəbərə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb. Həmin kafeni işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.