Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Molla rejiminin riyakarlığının - Növbəti sübutu

Molla rejiminin riyakarlığının - Növbəti sübutu

Molla rejiminin riyakarlığının - Növbəti sübutu
2022-12-20 , 09:38

Yenilik.az xəbər verir ki, Laçın yolunda dinc azərbaycanlı fəalların dinc aksiyası İran hakimiyyətini narahat etməyə başlayıb. Ermənistana havadarlığını davam etdirən İran növbəti dəfə Azərbaycana qarşı hədə mesajları göndərir.

Belə ki, İranın diplomatik dairələrinə yaxın olan “İran diplomatiyası” (www.irdiplomacy.ir) saytında “İranın ərazi bütövlüyünün qırmızı xətti olan bölgə: Tehran Qarabağda passiv yanaşmadan əl çəkməlidir” başlıqlı məqalə dərc olunub.
Məqalədən sitat: “Bakı hökuməti son günlər Ermənistan və Dağlıq Qarabağ Muxtar bölgəsi arasında Laçın dəhlizinin qarşısını kəsib. Bu hərəkət hətta 2020-ci ilin noyabrında bu dəhlizin mövcudluğunu nəzərdə tutan atəşkəs razılaşmasına da ziddir”.
Bəzi vacib məqamları məqalə müəlliflərinin və sifarişçilərinin nəzərinə çatdırırıq:
1. Dağlıq Qarabağ Muxtar bölgəsi deyilən bir ərazi vahidi yoxdur.
2. Azərbaycanlı fəallar heç bir yolu bağlamayıblar, sadəcə olaraq Azərbaycanın suveren ərazsində dinc aksiyalarını həyata keçirirlər.
3. 2020-ci ilin noyabr bəyanatına görə Ermənistan və Rusiyalı sülhməramlılar üzərlərinə götürdükləri öhdəliklərin bir çoxunu yerinə yetirməyiblər. Azərbaycan ərazisində qanunsuz talama prosesi davam edir və sülhməramlılar buna göz yumurlar, digər tərəfdən elə İranın da köməkliyi ilə Qarabağa Laçın yolu ilə qanunsuz silah daşınır. Qanunsuz erməni silahlı dəstələri isə hələ də ərazidə qalmaqda davam edir və s.
Məqalədən növbəti sitat: “Stepanakert süqut edərsə, Cənubi Qafqaz regionu və onun ətraf ölkələri, o cümlədən İran üçün xoşagəlməz ssenarilər təsəvvür etmək olar. Dağlıq Qarabağ kimi maneənin aradan qaldırılması Ermənistan ərazisinin işğalına və regionun xəritəsinin dəyişdirilməsinə, uzunmüddətli perspektivdə isə İranın şimal-qərb bölgələrinə təhlükəsizlik hücumlarına yol açır”.
Bu dəfə müəlliflər daha irəli gedərək Azərbaycanın tarixi ərazisi olan Xankəndini “Stepanakert” adlandırır və buranın İran üçün əhəmiyyətinə toxunuş İranın təhlükəsizliyindən söhbt açılır. Molla rejiminin absurd yanaşması isə Xankəndinin onlar üçün təhlükəsizlik əhəmiyyətindən danışmasıdır. Maraqlıdır ki, Xankəndi ilə heç bir sərhəddi olmayan İran niyəsə hansısa gözəgörünməz təhlükələri düşünür. Əlbətdə bu Ermənistana və Qarabağdakı qanunsuz erməniləri dəstəkləmək üçün səsləndirilən sərsəm fikirdir.
Məqalədən növbəti sitat: “Qarabağ erməniləri İranın bölgədəki kapitallarından biridir. 1990-cı illərdə İran bu potensialdan istifadə edə bildi və Tehranın dəstəyi ilə Dağlıq Qarabağın baş naziri olmuş Robert Köçəryan 1998-ci ildə Ermənistanın baş naziri postunu tuta bildi. Ondan sonra Serj Sarkisyan da eyni yolu davam etdirdi və 20 il ərzində İrəvanın xarici siyasəti “Qarabağlılaşma” istiqamətində hərəkət etdi. Qarabağlıların rəhbərlik etdiyi Ermənistan regionda tarazlığın yaradılmasında önəmli rol oynadı, lakin 2018-ci ildə Sarkisyanın devrilməsi və Paşinyanın hakimiyyətə gəlməsi ilə bu rol aradan qalxdı”.
Bu dəfə isə məqalə müəllifləri İran rejiminin tarixən gizli saxlanılmağa çalışan əsl simasını ortaya qoyurlar. Hər zaman Azərbaycana qarşı ikili standartlar yürüdülydüyünü, Ermənistanın dstəkləndiyini açıq şəkildə bildirirlər. Bəli, hələ 90-ci illərdə Azərbaycan Ermənistanın təcavüzünə məruz qaldığı zaman İran Ermənistanı, yəni işğalçını dəstəkləyib. Bu faktlar Azərbaycan ictimaiyyətinə hər zaman bəli olub.
Sonda isə müəlliflər növbəti dəfə qırmızı xəttdən danışırlar.
Sitat: “Qarabağ İranın ərazi bütövlüyünün qırmızı xəttidir, yeganə çarə isə İranın regional siyasətinə hakim olan müdafiə yanaşması əvəzinə, hücum xarakterli tədbirlərin həyata keçirilməsidir”.
İranın diplomatik dairələrinə yaxın olan bir saytda yayımlanan bu məqalə illərdir bu ölkənin Azərbaycana qarşı tutduğu riyakar siyasətinin daha bir sübutudur. İran hakimiyyətinin sifarişi əsasında hazırlanan bu tip yazılarla görünür molla rejimi Azərbaycana hansısa formada təsir etməyi düşünür. Lakin Azərbaycan öz reallıqlarını özü yaradıb və hər hansı kənar qüvvələr, dairələr bu reallıqları dəyişə bilməz.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.