Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » DSX və DGK-dan birgə əməliyyat: Saxlanılanlar var

DSX və DGK-dan birgə əməliyyat: Saxlanılanlar var

DSX və DGK-dan birgə əməliyyat: Saxlanılanlar var
2022-12-21 , 10:40

Dekabr ayının 17-də saat 02:06-da Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ilə birlikdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 3 nəfər Əfqanıstan vətəndaşı saxlanılıb.

Bu barədə DSX-nin Mətbaut Mərkəzindən məlumat verilib.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq Azərbaycana gəlməkdə məqsədlərinin ölkə ərazisindən tranzit yolla istifadə edərək daha sonra Avropa ölkələrindən birinə qanunsuz miqrasiya etmək olduğu müəyyən edilib.
Dekabr ayının 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində, İran­dan Azərbaycan Respub­lika­sı istiqamətində rəsmi qaydada keçən İran vətəndaşı 1966-cı il təvəllüdlü Azizmohammad Mahmoud Najiollah oğlunun idarə etdiyi DAF markalı XB389BX dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük əməkdaşları ilə birlikdə keçirilmiş baxış zamanı avtomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş halda 37,4 kiloqram marixuanaya bənzər narkotik vasitə aşkar edilib.
Fakt üzrə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.