“Təhsil sahəsində məzun olanların 54 faizi iş tapır”

“Təhsil sahəsində məzun olanların işə qəbulolunma faizi 50 faizdən bir az yuxarı, təqribən 54 faizə yaxındır. Mühəndislik və texnoloji sahələrdə bu təxminən 3 nəfərdən ikisinə bərabərdir”.
Nazir bildirib ki, beş il bundan əvvəl məzun olan şəxslərin işlə təmin olunma faizi yeni məzun olanlardan daha yuxarıdır. Zaman boyunca məzunlar daha çox iş tapa bilirlər: “Ali təhsil müəssisələri hesab edirlər ki, karyera mərkəzləri ilə bağlı ən birinci məsələ odur ki, heç də bütün tələbələr tələbə olduğu müddətdə müvafiq təcrübə proqramları ilə əhatə oluna bilmirlər. Ona görə ali təhsil sistemi olaraq ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldığı müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasıdır. Bu, məşğulluğa töhfə verə biləcək istiqamətdir. Tələbə təhsil aldığı dövrdə işəgötürənlə ünsiyyətdə olursa, bunun həm işəgötürən, həm də tələbə üçün faydalı olduğuna inanırıq. Bu istiqamətdə təşviqedici təcrübə proqramları artmalıdır. Hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır. Bizim əmək bazarının çoxdetallı təhlilinə ehtiyac var”.
E.Əmrullayev qeyd edib ki, azad edilən ərazilərdəki yenidənqurma işləri yeni iş yerləri deməkdir. Orada işləyəcək kadrların hazırlanması istiqamətində düşünməliyik.