Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda qanunsuz aksiya keçirmək Vətənə xəyanətdir

Bakıda qanunsuz aksiya keçirmək Vətənə xəyanətdir

Bakıda qanunsuz aksiya keçirmək Vətənə xəyanətdir
2022-12-24 , 04:17

Bakının el arasında "Torqovı" meydanı kimi tanınan Nizami küçəsi ərazisində Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə kiçik bir dəstə qanunsuz aksiya keçirməyə cəhd edib və bu cəhdin qarşısı asayiş keşikçiləri tərəfindən dərhal alınıb. Xankəndi yolunda günlərdir ekofəallar aksiya keçirdiyi bir vaxtda həmin aksiyaya dəstək verməyə cürəti çatmayanlar necə olur ki, Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd edirlər?

 
Bunun bir çox səbəbləri var. Səbəblərdən biri budur ki, deyəsən xaricə mühacirətə getmək üçün yenə bir dəstə adamdan pul alıb söz veriblər, indi həmin adamlar gic-gic şüarlar səsləndirib sonra da özlərini könüllü şəkildə polisə təslim edib polisin qolları arasında şəkil çəkdirməklə işlərini bitmiş hesab edirlər. Bəziləri Tofiq Yaqublu kimi mahiyyətini bilib-bilmədən “içəri” üçün darıxan və islah olunmaz tiplərdir ki, azadlıqda qala bilmirlər. T.Yaqublu gördü ki, daha polisi, prokurorluğu nə qədər şərləsə də inanan yoxdur, ona görə də indi “sutkalıq” yolunu tutub. Ora çıxanların hər birinin bir cür məqsədi var və çoxları bilmir ki, Bəxtiyarın həbsinə aparan səbəb iki pişiyin cütləşməsindən yaranan mübahisə nəticəsində məhkəmədə baş verən insident olub və burada günahkar elə Bəxtiyarın özüdür. Lakin istənilən halda nəinki bu aksiya, 44 günlük Vətən müharibəsindən sonra Bakıda keçirilən və sabitliyi pozmağa yönəlmiş bütün qanunsuz aksiyalar dövlətə və xalqa qarşı xəyanətdir.
 
Bu cür qanunsuz "etiraz aksiyalarının" məqsədi “status gorbagor” oldu deyən Ali Baş Komandana təzyiq etmək üçün ermənipərəst beynəlxalq təşkilatlara və dövlətlərə əsas verməkdir. “Bəxtiyara azadlıq” maskası altında keçirilən aksiyanın isə məqsədi həm də uzun müddətdir Laçın yolunda ermənilərin milli sərvətlərimizi  talamasına və ekologiyamıza  ziyan vurmalarına etiraz olaraq aksiya keçirdən ekoaktivistlərlə bağlı bütün mümkün mənbələri araşdıran və bu aksiyanın dövlət tərəfindən  təşkil olunmasını əsaslandırmağa çalışan ermənilərə və onların havadarlarına bəhanə vermək idi. 
 
Heç bir şübhə yoxdur ki, belə bir həssas məqamda Bakının mərkəzində qarışıqlıq yaratmaq cəhdinin sifarişçiləri və sponsorları məhz ermənilər və onlarla birgə işləyən xarici dairələrdir, ermənipərəst dövlətlərin kəşfiyyat orqanlarıdır. Gənc qızlar Laçın-Xankəndi yolunda şaxtada ekoloji terrora stop tələbi ilə aksiya keçirir, tofiqkimilər dəstəsi isə Bakının mərkəzində aranı qatıb erməni dəyirmanına su tökməkə məşğul olurlar və həmin gənc qızlar, oğlanlarla, digər aksiya iştirakçıları ilə müqayisə etmək istədikdə “iki pişiyin cütləşməsi”nə görə qanunsuz aksiya keçirənlərin nə qədər miskin, cılız səviyyədə olduqlarını göstərir. Bakıda oturub Araikin, Rubenin, Makronun əlinə oynamaq, onların əlini gücləndirməyə çalışmaq  elə düşmənə özünü satmaqdır. Bu işin başqa adı yoxdur və hər kəs belə də bilməlidir. 
Ona görə də xalq hər şeyi bilməlidir, xalqı aldatmaq olmaz. İki pişiyin cütləşməsinə görə yaranan insident nəticəsində məhkəmə hökmü ilə həbs olunmuş birinin qeyri-qanuni olaraq həbsdən azad edilməsi tələbi ilə Bakıda qanunsuz aksiya təşkil edənlər Azərbaycan xalqının və dövlətinin düşməni, Paşinyanın, Kardaşyanın, Köçəryanın, Sərkisyanən nökərləri, buyruq qullarıdır. Bunu hər kəs belə bilsin.

Xanlar Xoca, Yenilik.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.