Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Vəkil Günü” peşə bayramına həsr olunmuş ağacəkmə aksiyası keçirilib-FOTOLAR

“Vəkil Günü” peşə bayramına həsr olunmuş ağacəkmə aksiyası keçirilib-FOTOLAR

“Vəkil Günü” peşə bayramına həsr olunmuş ağacəkmə aksiyası keçirilib-FOTOLAR
2022-12-24 , 22:05

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilir.

Vəkillər Kollegiyasından verilən məlumata görə, peşə bayramı ərəfəsində Kollegiya tərəfindən bir sıra silsilə tədbirlər həyata keçirilir.
Yenilik.az xəbər verir ki, dekabrın 24-də vəkillərin peşə bayramı – “Vəkil günü” münasibətilə Vəkillər Kollegiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. 
Ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası məqsədilə təşkil olunan aksiyada Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, 300-dən çox vəkil, onların ailə üzvləri və vəkil köməkçiləri, həmçinin nazirliyin əməkdaşları iştirak edib. 
Aksiya ilə bağlı açıqlama verən Anar Bağırov qeyd edib ki, peşə bayramımız ərəfəsində ağac əkilməsi, yaşıllığın salınması  və təbiətimizə töhfə verilməsi əlamətdar hadisədir.
“Ölkəmizdə mütəmadi olaraq ağacəkmə aksiyalarının keçirilməsi, yeni yaşıllıq ərazilərin salınması çox sevindiricidir. Bu ekoloji mühitin yaxşılaşdırılmasında, ekoloji tarazlığın bərpasında mühüm rol oynayır.
İlk növbədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə aksiyanın təşkilində göstərdiyi dəstəyə və iştirakına görə təşəkkür edirəm. Bizim təşəbbüsümüz bütün vəkillər tərəfindən maraqla qarşılandı. Bu gün 300-dən çox vəkil, vəkil köməkçisi bu aksiyada iştirak edir. Burada mindən çox ağac əkməklə yaşıllıq salındı. Ümid edirəm ki, gələcəkdə bu parkda dünyasını dəyişən hər bir vəkilin adını daşıyan ağac olacaq. Peşə bayramımız ərəfəsində bu parkın salınması əlamətdar hadisədir. Bu gün həm də cənab Prezident İlham Əliyevin doğum günüdür. Aksiyamızın cənab Prezidentin doğum gününə təsadüf etməsi bu günü bizim üçün ikiqat əlamətdar edir”, - deyə A.Bağırov qeyd edib.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, vəkillərin ekoloji məsələlərə həssas yanaşması sevindiricidir. Şadıq ki, böyük vəkil ailəsi ətraf mühitin qorunması üçün belə bir aksiyada fəal iştirak edir.
Qeyd etmək istərdik ki, aksiya çərçivəsində Bakı şəhəri Xocasən gölü ətrafında 1100 şam və zeytun ağacları əkilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Eyni zamanda, əkilən ağacların mühafizəsi və onlara mütəmadi olaraq qulluq göstərilməsi üçün zəruri tədbirlər görülüb.

















































Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.