Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ceyhun Bayramovdan Vardanyana xəbərdarlıq: “Azərbaycanı tərk etməlidir”

Ceyhun Bayramovdan Vardanyana xəbərdarlıq: “Azərbaycanı tərk etməlidir”

Ceyhun Bayramovdan Vardanyana xəbərdarlıq: “Azərbaycanı tərk etməlidir”
2022-12-27 , 17:24

“Hesab edirik ki, bu şəxsin (Ruben Vardanyan) Azərbaycana gəlişindən sonra milli sərvətlər talanır. Biz həmin şəxs haqqında məlumatlara sahibik”.

Yenilik.az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Ruben Vardanyan Azərbaycana qanunsuz gəlib və onun fəaliyyəti qanunsuzdur.
“Hətta o gəlib Azərbaycan ərazilərində cinayət törətməsə belə, yenə də fəaliyyəti qanunsuzdur. Ona görə də o bilməlidir ki, yeganə variantı Azərbaycanı tərk etməkdir”, - deyə nazir bildirib.
Qeyd edək ki, erməni əsilli milyarder Ruben Vardanyan Xankəndidə qanunsuz fəaliyyətlə məşğul olur və qızıl yataqlarının talanmasında iştirak edir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.