Suraxanıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi

Yenilik.az xəbər verir ki, dekabrın 29-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatların, YAP Suraxanı rayon təşkilatının və rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələri və qazilərin, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, ziyalıların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açıb. Həmçinin, Şəhidlərimizə Allahdan rəhmət diləyən RİH başçısı Əziz Əzizov tədbirdə iştirak edən şəhid ailələrinə və qazilərə bir daha hörmət və ehtiramını bildirib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” təltif edilmiş Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Seyfullayevin medalı və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təltif edilmiş bir qrup şəxsin Fəxri Fərmanı təqdim edilib.
Tədbir Azərbaycan Respublikasının xalq artisti, eləcə də bir neçə ay bundan öncə Özbəkistan Respublikasının Xalq artisti adına layiq görülən sevimli ifaçı Gülyanaq Məmmədova və onun tələbələrinin təqdimatında konsert proqramı və “Azəti atəşi” rəqs qrupunun ifası ilə davam edib.
OXŞAR XƏBƏRLƏR