Bakıda ağır yol-nəqliyyat hadisəsi oldu

Bakıda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub:
"İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, "Koroğlu" metrosu istiqamətində "Mercedes" markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn "Toyota Prius" avtomobili "Mercedes"ə çırpılıb. 3 nəfər hadisə yerində ölüb. "Toyota Prius"un içində olanlar təcili xəstəxayana aparılıb. Nəticədə onların ikisi də xəstəxanada vəfat edib. Bunlar “Mercedes” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin “Toyota” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir. Bir daha sürücülərdən bayram günlərində diqqətli olmağı, spirtli içkilərin təsiri altında və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edirik".
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR