Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Piyadalar qarlı havada bu qaydalara əməl etməlidir

Piyadalar qarlı havada bu qaydalara əməl etməlidir

Piyadalar qarlı havada bu qaydalara əməl etməlidir
2023-01-09 , 09:21

“Qarlı-buzlu yollarda təhlükəsiz hərəkət çox önəmlidir. Az qala hamı: dövlət qurumları da, ayrı-ayrı şəxslər də bununla bağlı sürücülərə tövsiyələr verirlər. Amma ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, ən çox travma alan piyada hərəkət edənlərdir”.

Yenilik.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, qarlı-şaxtalı hava şəraitində piyada hərəkət edənlər bəzi qaydalara əməl etməlidir:
“1) səkilər bəzən yolun hərəkət hissəsindən tez donur (avtomobillərin hərəkəti yolun donmasını bir az ləngidə bilər), ona görə də buzlu səkilərlə hərəkət etməyə hazır olmalısınız;
2) xeyli küçələrimizin səkilərində sürüşkən döşəmə materiallarından (mərmərdən, bəzəkli daşlardan və s.) istifadə edilib. Belə yerlərdə çox ehtiaytlı olun, çünki buz olmasa da, yerdə azca qar olması çox ciddi sürüşmə effekti yaradır;
3) piyada keçidlərini və ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin, çünki avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın yolun hərəkət hissəsində olmayasınız. Ən xəfif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər;
4) altı sürüşməyən ayaqqabılardan istifadə etməyə çalışın;
5) xüsusi zərurət yoxdursa, yollara çıxmayın. Xüsusən yaşlı insanların küçələrə çıxmamasına çalışın.
Əvvəlki illərin statistikası göstərir ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma (xüsusən qol-qıça sınıqları) alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.