Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ədliyyə Akademiyasında mediatorlar üçün təlim keçirilib-FOTOLAR

Ədliyyə Akademiyasında mediatorlar üçün təlim keçirilib-FOTOLAR

Ədliyyə Akademiyasında mediatorlar üçün təlim keçirilib-FOTOLAR
2023-01-14 , 21:23

Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə mediasiya sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi, mediatorların maarifləndirilməsi, peşəkar keyfiyyətlərinin artırılması məqsədilə mütəmadi olaraq silsilə tədbirlər görülür, görüşlər keçirilir.
Yenilik.az xəbər verir ki, bu tədbirlər çərçivəsində bu gün biznes kouç, təlimçi Elçin Əzimli tərəfindən "Emosional İntellekt və Ünsiyyət" mövzusunda daha bir təlim keçirilib. Ədliyyə Akademiyasının binasında baş tutan təlimdə mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak ediblər.
İQ və EQ, emosiyaların idarə edilməsi, düzgün ünsiyyət qurma bacarıqları və s. bu kimi aktual məsələlərə toxunan Elçin Əzimli, həmçinin 22 illik təcrübəsi boyu bu sahədə qazandığı praktiki vərdişlərdən söz açıb.
Diskussiyalarla davam edən təlimin sonunda xatirə şəkillər çəkilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.