Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda yataqxanada yanğın oldu, sakinlər təxliyə edildi

Bakıda yataqxanada yanğın oldu, sakinlər təxliyə edildi

Bakıda yataqxanada yanğın oldu, sakinlər təxliyə edildi
2023-01-22 , 12:44

Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib.

Yenilik.az xəbər verir ki, bu barədə Fövqqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində ümumi sahəsi 20 kvadratmetr olan mətbəxdə 5 kvadratmetr sahədə mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd qaz sayğacı, 1 ədəd elektrik açarı və 2 ədəd plastikdən ibarət qapı əriyib.
Yanğın zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 3 nəfər bina sakini (onlardan 1-i azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.