Maşın almaq istəyən şəxs aldadıldığını iddia edir

İnternet üzərindən maşın almaq istəyən şəxs virtual satıcının toruna düşüb.
O, iddia edir ki, satıcıya inanaraq 3 dəfə beh göndərib.
Röyal Sadıqovun iddiasına görə maşın almaq üçün qızıllarını satıb və əldə etdiyi pulun 2200 manatını məhz "satıcı"ya göndərib.
Pul göndərdikdən sonra həmin şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Aldadıldığını anlayan Röyal Sadıqov dərhal 102 xidmətinə müraciət edib. Qurumdan bildirilib ki, şikayət üzrə müvafiq araşdırma işləri aparılır.
Bildirilib ki, qısa zamanda məsələyə hüquqi qiymət veriləcək.