Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vəkil olmaq istəyən hüquqşünas tələbələrin nəzərinə!

Vəkil olmaq istəyən hüquqşünas tələbələrin nəzərinə!

Vəkil olmaq istəyən hüquqşünas tələbələrin nəzərinə!
2023-01-24 , 09:35

Tələbələr üçün “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi keçiriləcək.


Yenilik.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Gənclər Fondu birgə əməkdaşlıq çərçivəsində hüquqşünas tələbələrin qış tətilinin səmərəli keçirilməsi məqsədilə “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi təşkil edir.

Məktəb tələbələrin qış tətili günlərində 7-10 gün müddətində olmaqla, cari ilin fevral ayında keçiriləcəkdir. Məktəbdə tələbələrin təcrübi biliklərə yiyələnməsi ilə yanaşı, asudə vaxtlarının maraqlı və rəngarəng keçirilməsi də təşkil ediləcəkdir.

Qış məktəbinə qəbul müsahibə yolu ilə həyata keçiriləcəkdir. Məktəbdə iştirak etmək arzusunda olan hüquqşünas tələbələr aşağıdakı keçid vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.

https://forms.gle/LHb8MV7cHtJncyX57

Əlaqələndirici şəxs – Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.