Leyla Abdullayevadan Ermənistana çağırış

“Avropa İttifaqının Ermənistana missiya göndərməsi Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır”.
“Bu məsələdən sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmək barədə qərar verib.
Missiyanın iki il fəaliyyət göstərəcəyi gözlənilir.