Pensiyaçılardan hər ay pul tutulacaq?

Pensiyaçılara artıq ödənilən məbləğ geri alınacaq.
Mövzu ilə bağlı Xəzər TV-yə danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova bildirib ki, dəyişikliyə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.
Onun sözlərinə görə, pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib.
Qaydalara əsasən, bu məbləğ pensiyaçının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur.