Ukraynalı jurnalist Ermənistanın minaladığı Azərbaycan ərazilərindən reportaj hazırlayıb

Ukraynanın “Ukrayna Now” informasiya agentliyinin jurnalisti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləməsi prosesini izləyib.
“Minalarla çirklənmiş ərazilər öz həcminə görə Qətər kimi ölkənin ərazisi ilə müqayisə edilir. Bu boyda ərazinin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”, - ukraynalı jurnalisti məlumatlandıran şəxs qeyd edib.
Reportajda qeyd olunur ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin yalnız 25 faizi dəqiq çıxıb.