Bakı metrosunda bunu edənlər cərimələnəcək

Bakı Metropolitenində vaqonun qapılarını açmağa çalışan və qatarın yola düşməsini ləngidən şəxslər cərimələnir.
Yenilik.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində maddə mövcuddur.
AR İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, qatarın yola düşməsini ləngitməyə görə, şəxs 50 manat məbləğində cərimə edilir.