“Evini qurtardığına, özünü xilas edərdi”

“Vaxt istəyirdi, deyirdi, Allah mənə imkan versin balamı məktəbə aparım. Bu xəstəlik onda çox ağır fəsadlar verdi”.
“Onda olan o xərçəng xəstəliyi bu gün milyonlarla qadını yaşadır. Biri mən özüm, həmin mərhələni keçmişəm. Xalqa müraciət edib, evini qurtardığına kaş ki, özünü qurtaraydı. Uşağı kirayədə yaşayardı. Özü də balası ilə bir yerdə yaşayardı… Amma qara torpağa yaraşmırdı”.
Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib. Onun Zəhra adlı bir qız övladı var. T.Əliyeva evinin kreditini ödəmək üçün "Bizimləsən" verilişində yardım istəmişdi.