Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Axşamlar bu serialları izləsəniz..

Axşamlar bu serialları izləsəniz..

Axşamlar bu serialları izləsəniz..
2023-01-26 , 05:30

İsveçrəli alimlərin yeni araşdırması maraqla qarşılanıb. 

 
Yenilik.az xəbər verir ki, alimlər bu dəfə yaztmazdan əvvəl izlənilən görüntülərin yuxu rejiminə təsirini araşdırıblar. 
 
Fribourq Universitetində aparılan araşdırmaya görə, yatmazdan əvvəl izləmək üçün ən uyğun ekran işləri gözlənilənin əksinə təbiət barəsində çəkilmiş sənədli filmlər və ya realiti şoular deyil. Alimlərin fikrincə, gecə saatlarında bundan sonra nə olacağı maraqla gözlənilən serialları izləmək daha məqsədə uyğundur. Tədqiqatçılar bildirirlər ki, bu cür film və seriallar tamaşaçıda sonradan məyusluq, kədər, qəzəb kimi mənfi hisslər yaratmır. Daha az maraq oyadan ekran əsərləri isə  tamaşaçıda belə hisslər oyadır və yuxunu gecikdirir.
 
Digər tərəfdən, yatmazdan əvvəl maraqlı proqramlara baxmaq yuxunun ilk iki mərhələsində ürəyin daha sürətli döyünməsinə səbəb olur. Ancaq izlədikləriniz ümumilikdə neçə saat yatdığınıza və ya gecə ərzində neçə dəfə oyandığınıza heç bir təsir göstərmir.

Tədqiqat çərçivəsində 23 yaşında olan 50 yetkin iştirakçı iki gecəlik sınaqlara cəlb edilib. İlk gecə iştirakçılar üç saat ərzində dayanıqlı enerji həlləri ilə bağlı eksperimentlərdən bəhs edən "Islands of the Future" sənədli filminə baxıblar. Eyni iştirakçılar ikinci gecə "How to Get Away with Murder", "Orphan Black", "Sense8" və "The Sinner" kimi seriallara baxıblar. İştirakçıların yarısının izlədiyi epizodlar ən həyəcanlı hissədə kəsildiyi halda, digər yarısının izlədiyi epizodlarda hekayə münasib yerdə bitirilib. İştirakçıların yuxudan əvvəl oyanma vəziyyətini müəyyən etmək üçün onların ürək döyüntüləri və kortizol səviyyələri ölçülüb və yuxudan əvvəl stress səviyyələri soruşulub. Yuxu zamanı yuxu mərhələsini və keyfiyyətini göstərən faktorlar olan beyin fəaliyyətləri, ürək döyüntüləri, göz hərəkətləri və tənəffüs sensorlar vasitəsilə izlənilib. Təcrübədən sonra səhər iştirakçılardan yuxu keyfiyyətini və nə qədər tez yuxuya getdiklərini qiymətləndirmələri istənilib. Nəticələr göstərib ki, serialı daha uzun müddət izləyənlərdə, xüsusilə də ən həyəcanlı hissəsində izləməyi bitirməli olanlarda həyəcan artıb. Buna baxmayaraq, seriala baxanların yuxu keyfiyyəti sənədli filmi izləyənlərdən heç də pis olmayıb. Əslində maraqlı seriala baxanlar digərlərindən 5 dəqiqə tez yuxuya gediblər.
 
Bununla belə, elm adamları, yuxudan əvvəl seriallara baxmağın hələ də problemli bir davranış olduğunu vurğulayaraq, aşağıdakı ifadələri işlədiblər: "Yuxudan əvvəl həyəcan verici seriallara baxmaq bizim tədqiqatımızda yuxu keyfiyyətinə xələl gətirməsə də, sağlamlıq və idrak funksiyaları üçün kifayət qədər yuxuya ehtiyac olduğunu nəzərə alaraq media istehlakını məhdudlaşdırmağı tövsiyə edirik”.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.