Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sahibkarlara subsidiyalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara subsidiyalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara subsidiyalarla bağlı ŞAD XƏBƏR
2023-01-26 , 15:30

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilib. 

Yenilik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 
Dəyişikliyə qədər subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilirdi.
Yeni fərmana əsasən, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.