Prezident sahibkarlığın inkişafı ilə bağlı yeni qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bundan başqa, dövlət başçısı “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə fərman imzalayıb.