Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərov kimdir?

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərov kimdir?

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərov kimdir?
2023-01-27 , 12:12

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov baş leytenant olub. 

Yenilik.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 
Şəhid O.Əsgərovun geriyə bir oğlu və bir qızı qalıb. 
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.