Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rəsmi Bakıdan səfirliyimizə hücumla bağlı açıqlama: “Kalaşnikov markalı avtomatla mühafizə postunu yararaq…”

Rəsmi Bakıdan səfirliyimizə hücumla bağlı açıqlama: “Kalaşnikov markalı avtomatla mühafizə postunu yararaq…”

Rəsmi Bakıdan səfirliyimizə hücumla bağlı açıqlama: “Kalaşnikov markalı avtomatla mühafizə postunu yararaq…”
2023-01-27 , 10:30

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Allah şəhidimizə rəhmət eləsin!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.