“Birmənalı deyirəm, heç kim qondarma dini lider Xameneinin icazəsi olmadan İranda yerləşən səfirliklərə hücum edə bilməz. Bu dəfə İran öz başına atəş açıb. İndi gözləyin və görün nə olacaq. Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu pisləyirəm”.
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.