Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildi

Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildi

Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildi
2023-01-29 , 14:56

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib.

Yenilik.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub.
İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.
Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub.
İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.