Azərbaycan və Türkiyə deputatları görüşüblər

Azərbaycan Milli Məclisinin deputatları ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri ilə görüşüblər.
Xatırladaq ki, ötən gün, həmçinin Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü ilə görüş keçirilib. Daha əvvəl Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.