Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
2023-02-06 , 09:49

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. 

Yenilik.az-ın məlumatına görə başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.