Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sahibə Qafarova Mustafa Şəntopa başsağlığı məktubu ünvanlayıb

Sahibə Qafarova Mustafa Şəntopa başsağlığı məktubu ünvanlayıb

Sahibə Qafarova Mustafa Şəntopa başsağlığı məktubu ünvanlayıb
2023-02-06 , 13:08

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

Yenilik.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məktubda Milli Məclisin sədri dəhşətli zəlzələ nəticəsində ölkənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində çox sayda insanın həlak olması, yaralanması və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirir, faciə ilə əlaqədar TBMM-in sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin üzvləri adından dərin hüznlə başsağlığı verərək, yaralananların tezliklə sağalmasını arzu edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.