FHN-in 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb

Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Beynəlxalq Hava Limanından yola düşüb.
O qeyd edib ki, 370 nəfər şəxs xüsusi xilasetmə avadanlıqları ilə təchiz olunaraq qardaş ölkəyə yollanıb:
“Xilasetmə ilə bağlı yenidən heyətin göndərilməsi gözlənilir. Şəxsi heyətin hansı ərazilərdə axtarış aparması Türkiyədə bilinəcək”.
Etibar İsmayılov əlavə edib ki, xüsusi təlim keçmiş səkkiz it də əraziyə aparılır.