Türkiyədə dağıntılar altından xilas edilənlərin sayı açıqlandı

Mərkəzi Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,4 bal gücündə zəlzələdən zərər çəkmiş və dağılmış binalara istiqamətlənən axtarış-xilasetmə qrupları dağıntılar altında qalanları çıxarmağa çalışırlar.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar.
Son məlumatlara görə, zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.