Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Türkiyədə ölənlərin sayı 3 mini, yaralıların sayı 20 mini keçdi

Türkiyədə ölənlərin sayı 3 mini, yaralıların sayı 20 mini keçdi

Türkiyədə ölənlərin sayı 3 mini, yaralıların sayı 20 mini keçdi
2023-02-07 , 10:45

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində həlak olanların sayı 3 381-ə çatıb.

Yenilik.az xəbər verir ki, bu barədə AFAD rəsmisi Orhan Tatar bildirib.
Onun sözlərinə görə, yaralıların sayı 20 426-ya yüksəlib.
Dağıntılar altından 7840 nəfər çıxarılıb.
Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.
Yeraltı təkanlar 6 217 binanı dağıdıb.
7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub.
Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.