Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 122 saat sonra gələn ümidverici xəbərlər: 8 yaşlı Rıdvan, 70 yaşlı müəllimə və... pişik

122 saat sonra gələn ümidverici xəbərlər: 8 yaşlı Rıdvan, 70 yaşlı müəllimə və... pişik

122 saat sonra gələn ümidverici xəbərlər: 8 yaşlı Rıdvan, 70 yaşlı müəllimə və... pişik
2023-02-11 , 09:51

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir.  Günlər keçdikcə dağıntılar altında qalanlarla bağlı məyusluqlar artsa da, bəzən sevindirici xəbərlər insanlara yeni ümid olur.
Belə xəbərlərdən biri təbii fəlakətin episentri olan Kahramanmaraşdan gəlib. Zəlzələdən 122 saat sonra 70 yaşlı Menekşe Tabak dağıntılar altından sağ çıxarılıb. Qadın çıxarkən: “Dünya varmı?” - deyə soruşub. Xilasedicilər: “Var, xala, var”, - deyə cavab veriblər.
Zəlzələdən 116 saat sonra dağıntılar altında qalan 8 yaşlı Rıdvan Çakıroğlunun da şad xəbəri yayılıb. Balaca Rıdvan qrupların səyi nəticəsində xilas edilib.
Hataydan da sevindirici xəbərlər gəlməyə davam edir. Belə ki, Hülya Bayrak adlı qadın 116 saat sonra dağıntılar altından xilas edilib.
Bundan başqa jandarm personalı ilə axtarış-xilasetmə qruplarının birgə işi nəticəsində 70 yaşlı müəllimə Günkaya 116 saat sonra Hatayda dağıntılar altından çıxarılıb.
Hatayda xilasedicilərin üzünü bir də balaca pişik güldürüb. Ev heyvanı 116 saat sonra dağıntılar altından salamat çıxarılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.