Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Zəlzələ fəlakəti necə yaranır?

Zəlzələ fəlakəti necə yaranır?

Zəlzələ fəlakəti necə yaranır?
2023-02-12 , 19:32

Tarixən müxtəlif illərdə dünyada dağıdıcı zəlzələlər qeydə alınıb. Ekspertlər bu təbii fəlakət haqqında əvvəlcədən proqnoz verməyin çox çətin olduğunu deyirlər. Bəs görəsən milyonlarla insanın ölümünə səbəb olan zəlzələ necə yaranır?

Xəzər TV-dən verilən məlumata görə, zəlzələ ən qorxunc və dağıdıcı təbiət hadisələrindən biridir.
Hər zaman ağır nəticələrə səbəb olan zəlzələ litosferdə, yəni yerin üst qabığında baş verən dinamik proseslər nəticəsində əmələ gəlir. Müxtəlif layların sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olur. Yeraltı təkanlar nəticəsində yerin üst qatı da öz formasını  dəyişə bilər. 
Seysmoloji Xidmət Mərkəzin baş direktoru Qurban Yetirmişli deyir ki, zəlzələ hiss olunma dərəcəsi dinamik proseslərin hansı dərinlikdə yerləşnəsindən, yer səthinə nə qədər yaxın olmasından asılıdır. Su hövzələrində baş verəcək zəlzələlər də təhlükəli hesab edilir.
Qeyd edək ki, zəlzələ 12 ballıq rixter şkalası ilə ölçülür. 8, 9, 10, 11 bal gücündə baş verən zəlzələ dağıdıcı hesab edilir. 6-7 bal gücündəki yeraltı təkanlar isə orta dərəcəli qiymətləndirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.