Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb
2023-02-17 , 09:27

Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb.

Yenilik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

























Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.