Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi AÇIQLANDI

Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi AÇIQLANDI

Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi AÇIQLANDI
2023-02-18 , 11:43

Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb.
Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və məhsullar, 302 034 isti geyim, 693 756 ədəd dərman və tibb ləvazimatlar göndərilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 39 672 nəfər dünyasını dəyişib.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.